
“Real Madrid”in baş məşqçisi Karlo Ançelotti “Arsenal"ın kapitanı Martin Edeqor haqda fikirlərini bölüşüb.
Sportnet.az xəbər verir ki, təcrübəli mütəxəssis norveçli oyunçunun “Kral klubu”ndan ayrılmasına aydınıq gətirib.
Ançelotti “Arsenal”la oyun öncəsi bildirib: “Onun özünü sübut etməsi üçün yerimiz yox idi. Ona görə də oynamaq şansı əldə etmək üçün başqa yerə getməyə qərar verdi. Norveçli futbolçu Çempionlar Liqasının ən yaxşı klublarından birinə qoşuldu”.
Yarımmüdafiəçi 2015-ci ilin yanvarında 16 yaşında “Real”a transfer olunub. Norveçli ilk dəfə həmin ilin mayında Madrid klubunda debüt edib. O, İspaniya klubunun əsas komandasında cəmi 11 matçda oynamaq şansı qazanıb. 2021-ci ilin yayından futbolçu “Arsenal”da çıxış edir.
Qeyd edək ki, bu gün Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda “Real” Londonda “Arsenal”ın qonağı olacaq.