
Perunun "Real Titan" komandasının futbolçusu Helar Qonsales Altamirano 21 yaşında həyatını itirib.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, hadisə Peru Kubokunda "Defensor Nuema" ilə oyun zamanı baş verib.
Altamirano 70-ci dəqiqədə topu götürməyə çıxan rəqib qapıçı ilə toqquşub. Yerə sərilən oyunçu təcili yardım maşını ilə xəstəxanaya çatdırılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.