
Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq, futbolçuların əsgərlik məsələsi üzərində işlənilir.
Sportnet.az xəbər verir ki, bunu AFFA-nın prezidenti Rövşən Nəcəf mətbuat konfransında deyib.
O, bəzi aidiyyəti dövlət qurumları ilə müzakirələrin aparıldığını diqqətə çatdırıb: "Ümid edirik ki, burada da müsbət nəticələr əldə edə bilərik. Amma bu, AFFA-nın səlahiyyətinə daxil olan məsələ deyil".
AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev isə bildirib ki, əsgərlik məsələsi ilə bağlı Müdafiə Nazirliyi, Səfərbərlik və Həqiqi Xidmətə Çağırış üzrə Dövlət Komitəsi ilə təmaslar davam edir:
"Aidiyyəti qurumlarla danışıqlarda nəticələr əldə olunduqdan sonra bu barədə müvafiq qərar qəbul edəcəyik".