
"Qurban Qurbanovla münasibətlər qaydasında olaraq qalır".
Sportnet.az xəbər verir ki, bunu AFFA-nın prezidenti Rövşən Nəcəf Hesabat Konfransında İcraiyyə Komitəsinin üzvü Qurban Qurbanovun toplantıya qatılmaması barədə danışarkən deyib.
O, "Qarabağ" klubunun baş məşqçisinin AFFA İcraiyyə Komitəsinin iclaslarına qatıldığını bildirib: "Qurban Qurbanovla münasibətlər qaydasında olaraq qalır. Özü ilə də soruşub dəqiqləşdirə bilərsiniz. İştirak etmədikdə isə hamı da belə ola bilər. Əvvəlcədən üzrlü səbəblərin olduğu bildirilir".