
UEFA Çempionlar Liqasında həftənin oyunçusu seçilib.
Sportnet.az xəbər verir ki, bu ada İngiltərə "Arsenal"ının futbolçusu Deklan Rays layiq görülüb.
26 yaşlı yarımmüdafiəçi səsvermədə Alessandro Bastoni (“İnter”, İtaliya), Xviça Kvaratsxeliya (PSJ, Fransa) və Robert Levandovskini ("Barselona", İspaniya) qabaqlayıb.
Qeyd edək ki, Deklan Rays 1/4 final mərhələsinin İspaniya "Real Madrid"i ilə ilk oyununda dubla imza atıb. Görüş "Arsenal"ın qələbəsi ilə yekunlaşıb - 3:0.