
"Zirə"nin futbolçusu Rafael Utziq Azərbaycan çempionatlarında 25-ci qolunu vurub.
Sportnet.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, onun yubileyi Azərbaycan Premyer Liqasının XXX turuna təsadüf edib.
Braziliyalı "Neftçi" ilə görüşdə dubla imza atıb. İlk top onun Premyer Liqada ümumilikdə 25-ci, "Zirə" forması ilə 10-cu qolu olub.
Qeyd edək ki, Premyer Liqada "Qəbələ"də də çıxış etmiş Rafael Utziq ümumilikdə 124, "Zirə"də 43 matç keçirib.