
“Olimpiakos” mövsümün sonuna üç tur qalmış Yunanıstan Super Liqasında çempionluğunu təmin edib.
Sportnet.az xəbər verir ki, Pirey təmsilçisi çempionluq qrupunun III turunun oyununda evdə AEK-ə qalib gələrək xallarının sayını 66-ya çatdırıb.
İkinci pillədə qərarlaşan “Panatinaikos” 10 xal geridədir.
Xose Luis Mendilibarın rəhbərlik etdiyi komanda üçün çempionluq titulu tarixdə 48-ci olub.
Qeyd edək ki, "Olimpiakos" sonuncu dəfə Yunanıstan Super Liqasını 2021/22 mövsümündə qazanıb.