
Azərbaycanlı iş adamı Tufan Sadıqova məxsus Rusiya "Ximki"si baş məşqçi Frank Artiqa ilə yollarını ayırıb.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis və köməkçiləri Aleksandr Dimidko, Cozep Texedo, Xose Bermudes və Andoni Sesma ilə müqavilə qarşılıqlı razılıq əsasında pozulub.
Onların klubdaxili məsələləri mətbuata çıxarmaları rəhbərliyin narazılığına səbəb olub. Hazırda maliyyə problemləri yaşayan "Ximki"nin futbolçulara xeyli miqdarda borcu var.
Hazırda bu komanda 24 oyundan 23 xalla 12-ci yerdə gedir. 48 yaşlı Frank Artiqa ötən ilin iyununda “Ximki”yə baş məşqçi təyin olunmuşdu.