
İspaniya "Real Madrid"inin futbolçusu Vinisius Junior klubun rekordçusu olub.
Sportnet.az xəbər verir ki, 25 yaşlı hücumçu braziliyalılar arasında "kral klubu"nun bombardiri adına yiyələnib.
O, buna UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin "Arsenal"la cavab oyununda (1:2) fərqlənməklə nail olub. Junior 105 qolla əfsanəvi Ronaldo Nazarionu keçib.
Qeyd edək ki, Vinisius Junior 2018-ci ildən "Real Madrid"in şərəfini qoruyur. O, cari mövsüm ərzində meydana çıxdığı 46 oyunda 21 qol və 13 məhsuldar ötürmə müəllifi olub.