
“Qarabağ” futbolçusu Kevin Medina ilə yollarını ayırmayacaq.
Sporrnet.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov evdə Azərbaycan Premyer Liqasının XXXI turunda “Neftçi”ni 3:0 hesabı ilə məğlub etdikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.
O, kolumbiyalı müdafiəçinin “Qarabağ”la 2 illik müqaviləsinin olduğunu diqqətə çatdırıb: “Medina 4 oyundur çıxış etmir, lakin bu, onun oyunundan razı olmadığım demək deyil. Sadəcə, Mateus Silva özünü mərkəz müdafiəçisi mövqeyində yaxşı tərəfdən göstərdiyindən, ona gələcək planlarım üçün daha çox şans yaratmaq istəyirəm.Medinanın daha 2 il müqaviləsi var, bizim oyunçumuzdur. Qarşıdakı görüşlərdə ona maksimum şans verməyə çalışacağıq”.
Qeyd edək ki, Medina 2020-ci ildən “Qarabağ”ın şərəfini qoruyur.