
Azərbaycan milli komandasının futbolçusu Mahir Emreli Almaniyanın "Nürnberq" klubunun heyətində növbəti oyununa çıxıb.
Sportnet.az xəbər verir ki, 28 yaşlı hücumçu II Bundesliqada XXXI turun "Fortuna Düsseldorf"la səfər matçında forma geyinib.
Start heyətində yer alan Emreli 45+4-cü dəqiqədə komandasının 2-ci qolunu vurub. O, 87-ci dəqiqədə əvəzlənib.
Oyun ərzində 3:0 hesabı ilə öndə olmasına baxmayaraq, baş məşqçi Miroslav Klozenin komandası qələbəni əldən verərək, 3:3 hesablı heç-heçə ilə barışmalı olub.
Beləliklə, xalını 45-ə çatdıran "Nürnberq" 8-ci pillədə yer alıb. "Fortuna" isə 49 xalla 6-cıdır.
-----------------------
Azərbaycan milli komandasının futbolçusu Mahir Emreli Almaniyanın "Nürnberq" klubunun heyətində son 3 oyunda 4-cü qolunu vurub.
Sportnet.az xəbər verir ki, 28 yaşlı hücumçu bu dəfə II Bundesliqada XXXI turun "Düsseldorf"la səfər matçında fərqlənib. O, 45+4-cü dəqiqədə komandasının 2-ci qolunu vurub.
Qeyd edək ki, ilk yarıdan sonra "Nürnberq" 2:0 hesabı ilə öndədir.