
Azərbaycan Premyer Liqasında XXXII turun son görüşündə "Sumqayıt" və "Neftçi" komandaları üz-üzə gəlib.
Sportnet.az xəbər verir ki, Mehdi Hüseynzadə adına Respublika stadionunda keçirilmiş oyun məhsuldar heç-heçə ilə yekunlaşıb - 2:2.
İlk 2 qolu "Sumqayıt" vurub. 21-ci dəqiqədə Bobir Abdixolikov, 52-ci dəqiqədə Ronaldo Vaskes fərqlənib.
Lakin "Neftçi" Bassala Sambunun 60-cı, Andrey Ştoqrinin 87-ci dəqiqədə vurduğu qollarla bərabərliyi təmin edə bilib.
Baş hakim Fərid Hacıyev oyun ərzində qonaq komandanın penalti və qolunu VAR-a baxdıqdan sonra ləğv edib.
Qarşılaşmanın uzatma dəqiqələrində isə iki komandanın futbolçuları arasında gərginlik yaranıb. Referi meydan sahiblərindən Vüqar Mustafayev və Giorgi Karaişvilini, qonaqlardan isə Filip Ozobiçi sarı vərəqə ilə cəzalandırıb.
Bu nəticədən sonra "Neftçi" 36 xalla yenidən 6-cı pilləyə yüksəlib. "Sumqayıt" isə 30 xalla 8-cidir.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Turan Tovuz" evdə "Şamaxı" ilə, "Səbail" "Araz-Naxçıvan"la, "Sabah" "Qarabağ"la heç-heçə edib. Yalnız "Zirə" səfərdə "Kəpəz"i məğlub etməyi bacarıb - 1:0.
-------------------
Bu gün Azərbaycan Premyer Liqasında XXXII tura yekun vurulacaq.
Sportnet.az xəbər verir ki, son oyun günündə "Sumqayıt" "Neftçi"ni qəbul edəcək.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək qarşılaşmanın baş hakimi Fərid Hacıyev olacaq.
Son iki qarşılaşmada qol vuran qalib gəlib. “Sumqayıt” son iki ev görüşündə qələbə qazanıb.
Hazırda “Neftçi” 35 xalla 7-ci, “Sumqayıt” 29 xalla 8-ci yerdədir.
Qeyd edək ki, turun ilk oyununda “Turan” öz meydanında “Şamaxı” ilə heç-heçə (1:1) edib. Aprelin 26-da “Zirə” səfərdə “Kəpəz”i 1:0 hesabı ilə udub. Dünən isə “Qarabağ”la “Sabah” və “Səbail”lə “Araz-Naxçıvan”ın oyunlarında eyni hesab (1:1) qeydə alınıb.
Azərbaycan Premyer Liqası
XXXII tur
28 aprel (bazar ertəsi)
20:00 “Sumqayıt” – “Neftçi” - 2:2
Qollar: Bobir Abdixolikov, 21. Ronaldo Vaskes, 52 - Bassala Sambu, 60. Andrey Ştoqrin, 87
Hakimlər: Fərid Hacıyev, Şirmamed Mamedov, Teymur Teymurov, Rauf Cabarov
VAR: Cavid Cəlilov
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: İlham Əliyev
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu