
UEFA Çempionlar Liqasında 1/2 final mərhələsinə start verilib.
Sportnet.az xəbər verir ki, ilk oyun günündə İngiltərənin “Arsenal” klubu Fransa PSJ-sini qəbul edib.
Londondakı “Emireyts” stadionunda təşkil olunan görüş qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçda yeganə qolu 4-cü dəqiqədə Usman Dembele vurub.
47-ci dəqiqədə Mikel Merino bərabərlik qolunu vursa da, sloveniyalı baş hakim Slavko Vinçiç ofsayd səbəbindən, topu qeydə almayıb.
Tərəflər arasında cavab oyunu mayın 7-də baş tutacaq.
Qeyd edək ki, yarımfinal mərhələsinin digər görüşü bu gün İspaniyada “Barselona” və İtaliya “İnter”i arasında keçiriləcək.
UEFA Çempionlar Liqası
Yarımfinal, ilk oyun
23:00. "Arsenal" (İngiltərə) - PSJ (Fransa) - 0:1
Qol: Usman Dembele, 4
Baş hakim: Slavko Vinçiç (Sloveniya)
London, "Emirates" stadionu
Qeyd edək ki, yarımfinal mərhələsinin digər görüşü aprelin 30-da İspaniyada “Barselona” və “İnter” (İtaliya) arasında keçiriləcək.