
Azərbaycan Premyer Liqasına vəsiqə qazanan "İmişli" klubu ev oyunlarını keçirmək üçün “ASCO Arena” ilə müqavilə bağlayıb.
Bu barədə sportnet.az-a klubun İdarə Heyətinin sədri Aqşin Mürsəlov məlumat verib.
Onun sözlərinə görə, belə addım atmalarına stadionun hazırkı icarədarı "Səbail"in Azərbaycan Premyer Liqasını tərk etmə ehtimalı səbəb: "Oranı hansısa Premyer Liqa klubu götürsəydi, başqa stadion tapmalı olacaqdıq”.
Mürsəlov klubun 2025/2026 futbol mövsümündə ev oyunlarını müvəqqəti olaraq “ASCO Arena”da keçirmək ehtimalını təsdiqləyib. Klub rəsmisi bunun Heydər Əliyev adına İmişli şəhər stadionunda təmir işlərinin gedəcəyi ilə bağlı müvəqqəti olacağını vurğulayıb:
“Stadionumuzun təmirə bağlanması ilə əlaqədar işləri yekunlaşdıra bilməsək, ən azı bir-iki tur AFFA-nın balansında olan stadionlardan birindən yararlanacağıq.
Əlbəttə, stadionumuz Premyer Liqa standartlarına cavab vermədiyi üçün bir müddət səfərdə oynamalı olacağıq.
Bizim Şamaxı İdman Olimpiya İdman Kompleksi və Saatlı Olimpiya İdman Kompleksi ilə müqaviləmiz var. Bu, o demək deyil oyunlarımız orada oynayacağıq.
Amma stadionun təmirə bağlanması ilə əlaqədar əlimizdə variant olması üçün belə addım atdıq. Bu gün zərurətdən belə edirik ki, bizdən öncə hansısa klub davranmasın və çətin vəziyyətdə qalmayaq”.