
Azərbaycan milli komandasının futbolçusu Özan Can Kökçü Finlandiyanın HİK klubundan ayrılıb.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 27 yaşlı hücumçu az şans qazandığı üçün müqaviləsinə xitam verilməsini istəyib.
O, 2024-cü ilin yayında Niderlandın “Eyndhoven” komandasından transfer edilmişdi.
Qeyd edək ki, Özan Can Kökçü HİK-lə ümumilikdə 26 oyunda iştirak edib, 1 qol və eyni sayda məhsuldar ötürmə müəllifi olub.