
İran II Liqasındakı futbol matçlarından birində baş hakim döyülüb.
Sportnet.az xəbər verir ki, bu, referinin matçın əlavə vaxtında qonaqların lehinə penalti təyin edərək, ev sahiblərinin futbolçusunu meydandan qovduğu an baş verib.
Qərardan narazı qalan yerli komandanın futbolçuları və azarkeşləri ədalət təmsilçisinə yumruq və təpik zərbələri endiriblər. Baş hakim meydanı çətinliklə tərk edə bilib.