
İtaliyanın “İnter” klubunun baş məşqçisi Simone İnzagi Çempionlar Liqasını bu vəzifədə qazanan səkkizinci italiyalı ola bilər.
Sportnet.az xəbər verir ki, indiyədək qitənin ən nüfuzlu klub turnirində qalib olmuş italiyalı baş məşqçilər aşağıdakılardır:
— Nereo Rokko, “Milan”ı 1963 və 1969-cu illərdə Avropa Çempionlar Kubokunun qalibi edib;
— Covanni Trapattoni, 1984/1985 mövsümündə “Yuventus”la turniri qazanıb;
— Arriqo Sakki, “Milan”la 1989 və 1990-cu illərdə ardıcıl iki dəfə kuboku başı üzərinə qaldırıb;
— Fabio Kapello, “Milan"la 1993/1994 mövsümündə qalib olub;
— Marçello Lippi, “Yuventus”la 1995/1996 mövsümündə qalib adını qazanıb;
— Roberto Di Matteo, 2011/2012 mövsümündə “Çelsi” ilə kuboka sahib çıxıb;
— Karlo Ançelotti, ümumilikdə beş dəfə bu titula yiyələnib. Bunlardan ikisi “Milan”la (2003, 2007), üçü isə “Real Madrid”lə (2014, 2022, 2024) olub.
Xatırladaq ki, “İnter” yarımfinalda “Barselona”ya qarşı iki oyunun nəticəsinə görə ümumi hesabla 7:6 (ilk oyun: 3:3, cavab oyunu: 4:3, əlavə vaxtda) üstün olub.