
Milli Gimnastika Arenasında minifutbol üzrə dünya çempionatına hazırlıqlar başlayıb.
Sportnet.az-ın məlumatına görə, arenanın böyük zalına süni ot örtüyü salınmağa başlanıb.
Yarışadək digər təşkilati işlər də görüləcək.
Qeyd edək ki, mayın 21-də start götürəcək dünya çempionatında 32 ölkə mübarizə aparacaq. Azərbaycan millisi A qrupunda ilk görüşünü mayın 21-də Bəhreynə qarşı keçirəcək. Oyun saat 20:30-da başlayacaq. İki gün sonra Sloveniya ilə üz-üzə gələcək milli saat 20:45-də meydana çıxacaq. Mayın 25-də keçiriləcək Azərbaycan – Mavritaniya qarşılaşmasının start fiti saat 19:30-da çalınacaq. Mundiala iyunun 1-də yekun vurulacaq.