
Azərbaycan Premyer Liqasının XXXIV turunun "Kəpəz" - "Sumqayıt" oyununda dava baş verib.
Teleqraf-ın məlumatına görə, Tovuz şəhər stadionunda təşkil olunan görüşün 86-cı dəqiqəsində futbolçular arasında qarşıdurma olub.
Baş hakim İnqilab Məmmədov insidentdən sonra qonaqların futbolçusu Vüqar Mustafayevə qırmızı vərəqə göstərib. Bir neçə oyunçu isə sarı vərəqə ilə cəzalanıb.
Hazırda davam edən görüşdə Gəncə təmsilçisi minimal hesabla öndədir 1:0.