
Azərbaycan milli komandasının dünya çempionatının seçmə mərhələsində Ukrayna yığması ilə keçirəcəyi ev oyununun yeri və başlama vaxtı müəyyənləşib.
Sportnet.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
D qrupunun II turu çərçivəsində sentyabrın 9-da Bakıda təşkil olunacaq görüş Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq. Matç saat 20:00-da başlayacaq.
Qeyd edək ki, qrupda Fransa və İslandiya seçmələri də yer alıb.