
Almaniyanın “Bayer Leverkuzen” klubunun futbolçusu Florian Virtsi transfer etmək istəyənlər sırasına İngiltərə təmsilçisi “Liverpul” da qoşulub.
Sportnet.az “Daily Mail” nəşrinə istinadən xəbər verir ki, ingilislər Avropanın ən çox arzu olunan hücumameylli yarımmüdafiəçilərindən olan Virtsi yay transfer pəncərəsində rənglərinə bağlamaq fikrindədir.
Lakin, “Bavariya” alman futbolçunun keçidi üçün hələ də favorit olaraq qalır. İddialara görə, Virtesin əsas istəyi Almaniyada qalmaq və məhz “Bavariya”ya keçməkdir.
İstedadlı futbolçu növbəti mövsüm Almaniyada qalmaq fikrindən daşınsa, “Liverpul” onun transferinə cəhd edəcək.
Həmçinin, “Mançester Siti” uzun müddətdir ki, 22 yaşlı oyunçunu heyətinə qatmaq istəyir. Bu, xüsusilə Kevin De Bruynenin klubdan ayrılmasından sonra daha da aktuallaşıb.