
İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Markus Reşford İspaniyanın "Barselona" komandasına keçə bilər.
Sportnet.az “El Nacional”a istinadən xəbər verir ki, ingilis hücumçunun keçidini Kataloniya komandasının gənc ulduzu Lamin Yamal dəstəkləyib.
17 yaşlı ispaniyalı Reşfordla eyni komandada oynamaq istədiyini rəhbərliyə bildirib.
Daha əvvəl Reşford “Barsa”nın baş məşqçisi Hans-Diter Flik və hücumçusu Robert Levandovskinin agenti Pini Zahavi ilə əməkdaşlığa başlayıb.
Qeyd edək ki, Markus Reşford hazırda icarə əsasında “Aston Villa”da çıxış edir. O, cari mövsüm ərzində İngiltərə Premyer Liqasında meydana çıxdığı 25 oyunda 6 qol və 3 məhsuldar ötürmə müəllifi olub.
Reşfordun "Mançester Yunayted"lə müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub.