
Milli Gimnastika Arenasında "Neftçi 2000-lər" və "Premyer Liqa məşqçiləri" komandaları arasında keçirilən "Əfsanələr Kuboku" matçının əsas vaxtı başa çatıb.
Sportnet.az xəbər verir ki, qarşılaşmanın oyun bölümünda qalib müəyyənləşməyib - 1:1.
31-ci dəqiqədə Əfran İsmayılov "Premyer Liqa məşqçiləri"ni hesabda önə çıxarsa da, 46-cı dəqiqədə Rəşad Sadıqov bərabərlik qolunu vurub.
Penaltilər seriyasında daha dəqiq olan "Premyer Liqa məşqçiləri" görüşün qalibi olub - 3:2.
--------------------------
Milli Gimnastika Arenasında "Neftçi 2000-lər" və "Premyer Liqa məşqçiləri" komandaları arasında keçirilən "Əfsanələr Kuboku" matçında növbəti qol vurulub.
Sportnet.az xəbər verir ki, 46-cı dəqiqədə Rəşad Sadıqov Mahir Şükürovun ötürməsindən sonra fərqlənib.
Bununla da "Neftçi 2000"lər hesabı bərabərləşdirib - 1:1.
-----------------------
Milli Gimnastika Arenasında "Neftçi" 2000-lər" və "Premyer Liqa məşqçiləri" komandaları arasında keçirilən "Əfsanələr Kuboku" matçında hesab açılıb.
Sportnet.az xəbər verir ki, 31-ci dəqiqədə Əfran İsmayılov cərimə zərbəsini dəqiq yerinə yetirib.
Hazırda "Premyer Liqa məşqçiləri" öndədir - 1:0.
---------------------
Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuş "Neftçi" 2000-lər" və "Premyer Liqa məşqçiləri" komandaları arasında start götürən "Əfsanələr Kuboku"nu izləməyə gəlib.
Sportnet.az-ın məlumatına görə, hazırda portuqaliyalı mütəxəssis Milli Gimnastika Arenasındadır.
Qarşılaşma saat 20:00-da start götürüb.
"Premyer Liqa məşqçiləri"nin heyətində zədə üzündən "Sabah" komandasının baş məşqçisi Vasili Berezutski iştirak etmir.
Baş məşqçi Ağasəlim Mircavadovun rəhbərliyi altında “Neftçi 2000-lər”in heyətində Ruslan Abışov, Emin Quliyev, Rəşad Abdullayev, Rəşad Sadıqov, Zaur Tağızadə, Tərlan Əhmədov, Vidadi Rzayev, Mahir Şükürov, Samir Aləkbərov, Bəxtiyar Musayev, Mahmud Qurbanov, Hüseyn Məhəmmədov, Rail Məlikov, Samir Əliyev yer alıb.
“Premyer-liqa” məşqçiləri komandası isə Kurban Berdıyevə həvalə olunub. Heyətdə Elçin Rəhmanov, Elvin Məmmədov, Vaqif Cavadov, Ayxan Abbasov, Qurban Qurbanov, Rəşad Sadıqov, Müşfiq Hüseynov, Samir Abasov, Fərhad Vəliyev, Elmar Baxşıyev Əfran İsmayılov, Yunis Hüseynov və Azər Bağırov kimi veteran futbolçular meydana çıxıblar.