
Bakıda minifutbol üzrə dünya çempionatına start verilib.
Sportnet.az xəbər verir ki, ilk oyun günündə C qrupunda qərarlaşan Türkiyə milli komandası Macarıstanla üz-üzə gəlib.
Milli Gimnastika Arenasında təşkil olunan görüşdə qalib müəyyənləşməyib - 1:1.
Qrupun digər matçında Ukrayna və İngiltərə yığmaları qarşılaşacaq. Görüş saat 13:00-da başlayacaq.
Günün ilk oyunu B qrupunun Fransa və Çad seçmələri arasında təşkil olunub. Görüş fransalıların minimal hesablı qələbəsi ilə yekunlaşıb - 1:0.
Qeyd edək ki, Azərbaycan milli komandası bu gün Bəhreynlə üz-üzə gələcək. Matç saat 20:30-da start götürəcək.