
"Sumqayıt" komandasının futbolçusu Ronaldo Vaskez Dominikan Respublikası milli komandasının iyunda keçirəcəyi oyunlara dəvət alıb.
Sportnet.az xəbər verir ki, bu barədə "kimyaçılar"ın mətbuat xidməti məlumat yayıb.
Dominikan Respublikası 2026-cı il dünya çempionatının seçmə mərhələsində 7 və 11 iyunda müvafiq olaraq Qvatamela və Dominika ilə qarşılaşacaq.
Marselo Nevelefin rəhbərlik etdiyi kollektiv daha sonra isə Şimali və Mərkəzi Amerika ölkələrinin iştirakı ilə keçirilən "CONCACAF Gold Cup" turnirində iştirak edəcək. A qrupunda yer alan Dominikan Respublikası iyunun 15-də Meksika, 19-da Kosta Rika, 23-də isə Surinamla qarşılaşacaq.
Qeyd edək ki, Ronaldo Vaskez "Sumqayıt"a qış transfer dövründə keçib.