
Almaniyanın "Bavariya" klubunun hücumçusu Harri Keyn 2024/2025 mövsümündə Bundesliqanın ən yaxşı futbolçusu seçilib.
Sportnet.az yarışın rəsmi saytına istinadən xəbər verir ki, İngiltərə millisinin 31 yaşlı forvardı azarkeşlər arasında səsvermə yolu ilə bu mükafata sahib olub.
Bu mövsüm Harri Keyn 31 oyunda 26 qolla Bundesliqanın bombardiri olub.