
"Şamaxı" klubunun qapıçısı Kamal Bayramov karyerasını rəsmən bitirib.
Sportnet.az xəbər verir ki, bununla əlaqədar Azərbaycan Premyer Liqasında XXXVI turun "Qarabağ"la ev oyunundan əvvəl Şamaxı şəhər stadionunda tədbir keçirilib.
40 yaşlı qolkiperə xatirə hədiyyəsi təqdim olunub.
Qeyd edək ki, Kamal Bayramov karyerası ərzində "Muğan", "Turan Tovuz", "Xəzər Lənkəran", "Rəvan", "Araz-Naxçıvan", AZAL, "Zirə", "Səbail" komandalarında da forma geyinib.