
Müdafiəçilər Viktor Lindelof və Conni Evans, həmçinin yarımmüdafiəçi Kristian Eriksen “Mançester Yunayted”i tərk edib.
Sportnet.az xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat yayılıb.
Məlumata görə, hər 3 futbolçu Premyer Liqanın son turunda alqışlarla yola salınıb.
Qeyd edək ki, ölkə çempionatının “Aston Villa” ilə 38-ci turunun oyununda hər üç futbolçu iştirak edib. “Qırmızı şeytanlar”ın 2:0 hesabı ilə qalib gəldiyi görüşdə qollardan birini danimarkalı Eriksen vurub.