
UEFA Çempionlar Liqasının 2025/2026 mövsümündə iştirak edəcək bütün klublar müəyyənləşib.
Sportnet.az xəbər verir ki, turnirin Liqamərhələsində yarışacaq 36komandadan 29-u artıq dəqiqləşib.
Onların hamısı birbaşa bu hüquqa yiyələnib.
Azərbaycan çempionu "Qarabağ" da daxil olmaqla, 53 klub qalan 7 vəsiqə uğrunda mübarizə aparacaq.
Bunlardan 28-i yarışa seçmə mərhələnin I, 16-sı II, 5-i III, 4-ü isə pley-offdan başlayacaq.
Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv də avrokubok mövsümünə II seçmə mərhələdən start verəcək komandalar arasındadır. "Qarabağ" həm II, həm də III təsnifat mərhələsində səpələnmişlər səbəbində olacaq.
Türkiyə Super Liqasında çempion olan "Qalatasaray" Liqa mərhələsinə birbaşa vəsiqə qazanıb.
Liqa mərhələsinə birbaşa vəsiqəni təmin edən komandalar:
"Tottenhem", "Liverpul", "Arsenal", "Mançester Siti", "Çelsi", "Nyukasl Yunayted" (hamısı İngiltərə), "Barselona", "Real Madrid", "Atletiko Madrid", "Atletik Bilbao", "Vilyarreal" (hamısı İspaniya), "Napoli", "İnter", "Atalanta", "Yuventus" (hamıs İtaliya), "Bavariya", "Bayer Leverkusen", "Ayntraxt Frankfurt", "Borussiya Dortmund" (hamısı Almaniya), PSJ, "Marsel", "Monako" (hamısı Fransa), PSV, "Ayaks" (hər ikisi Niderland), "Sportinq" (Portuqaliya), "Yunion Royal" (Belçika), "Qalatasaray" (Türkiyə), "Slaviya Praqa" (Çexiya) və "Olimpiakos" (Yunanıstan).
Pley-off mərhələsinin iştirakçıları: "Seltik" (Şotlandiya), "Bazel" (İsveçrə), "Şturm" (Avstriya) və "Budö Qlimt" (Norveç).
III mərhələ: "Nitsa" (Fransa), "Feyenoord" (Niderland), "Benfika" (Portuqaliya), "Fənərbağça" (Türkiyə).
II mərhələ: "Kopenhagen" (Danimarka), "Makkabi Təl-Əviv" (İsrail), "Dinamo Kiyev" (Ukrayna), "Srvena Zvezda" (Serbiya), "Riyeka" (Xorvatiya), "Lex" (Polşa), "Pafos" (Kipr), "Ferentsvaroş" (Macarıstan), "Qarabağ" (AZƏRBAYCAN), "Slovan Bratislava" (Slovakiya). "Viktoriya Plzen" (Çexiya), "Reyncers" (Şotlandiya), "Servett" (İsveçrə), "Zaltsburq" (Avstriya), "Brann" (Norveç) və "Panatinaikos" (Yunanıstan).
I mərhələ: "Malmö" (İsveç), FCSB (Rumıniya), "Lüdoqorets" (Bolqarıstan), "Olimpiya" (Sloveniya), "Milsami" (Moldova), "Drita" (Kosovo), "Kayrat" (Qazaxıstan), KuPS (Finlandiya), "Şelburn" (İrlandiya), "Noa" (Ermənistan), RFŞ (Litva), "Vikinqur" (Farer Adaları), "Zrinski" (Bosniya və Herseqovina), "Breydablik" (İslandiya), "Linfild" (Şimali İrlandiya), "Differdanj" (Lüksemburq), "Jalgiris" (Latviya), "Hamrun Spartans" (Malta), "İberiya 1999" (Gürcüstan), "Eqnatiya" (Albaniya), "Levadiya" (Estoniya), "Dinamo Minsk" (Belarus), "Şkendiya" (Şimali Makedoniya), "İnter Eskaldes" (Andorra), "Nyu-Seynts" (Uels), "Buduçnost" (Monteneqro), "Linkoln" (Cəbəllütariq) və "Virtus" (San Marino).
Birinci mərhələnin püşkatması iyunun 22-də, ikinci mərhələnin isə iyunun 23-də keçiriləcək. Liqa mərhələsinin püşkatması avqustun 28-na planlaşdırılıb.
Çempionlar Liqasında 2025/2026 mövsümünə iyulun 8-9-da start veriləcək. Final matçı isə 2026-cı ilin mayın 30-da Macarıstanın paytaxtı Budapeştdə yerləşən "Puşkaş Arena"da təşkil olunacaq.
Qeyd edək ki, Çempionlar Liqasının cari mövsümündə finalda "İnter" və PSJ klubları üz-üzə gələcəklər. Mayın 31-də Almaniyanın Münhen şəhərində təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.