
UEFA Konfrans Liqasına vəsiqə qazanan “Araz-Naxçıvan”ın 2025/2026 mövsümü üçün hazırlıq planı dəqiqləşib.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “qırmızı-ağlar” iyunun 14-dən iyulun 2-dək Bakıda məşq edəcək.
Hazırlığın ikinci mərhələsi Türkiyənin Ərzurum şəhərində olacaq. Komanda iyulun 3-də qardaş ölkəyə yola düşəcək.
Ayın 17-dək davam edəcək hazırlıq müddətində 4 yoxlama oyunu planlaşdırılıb.
Sparrinq-rəqiblər və tarixlər barədə əlavə məlumat veriləcək.