Bakıda keçirilən minifutbol üzrə dünya çempionatında Azərbaycan milli komandası 1/8 final oyununa çıxıb.

 

Sportnet.az xəbər verir ki, rəqib son dünya çempionu Rumıniya yığması olub.

 

Görüşün əsas vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. 13-cü dəqiqədə rəqib komandadan Robu Alin Marius hesabı açıb. 33-cü dəqiqədə isə Ramiz Çovdarov bərabərlik qolunu vurub.

 

Qaydalara əsasən, qalib penaltilər seriyasında müəyyənləşib. Bu bölümdə rəqibin qeyri-dəqiq iki penaltisi qarşılığında Elvin Əlizadə və Təmkin Xəlilzadə dəqiq olaraq, 2:1 hesablı qələbə sayəsində mərhələ adlayıb.

 

1/4 finalda rəqib əsas vaxtı 2:2 hesablı heç-heçə ilə nəticələnmiş oyunda Bolqarıstanı penaltilər seriyasında 3:1 hesabı ilə yenən İngiltərə yığması olacaq.

 

Qeyd edək ki, bu gün daha bir 1/4 finalçı məlum olub. Portuqaliyaya 3:2 hesabı ilə qalib gələn Macarıstana millisi mərhələ adlayıb. Bu komandanın rəqibi saat 22:00-da başlanacaq Fransa - Mavritaniya qarşılaşmasının qalibi olacaq.