
2025/2026 mövsümündə Azərbaycan I Liqasında çıxış edəcək sonuncu komanda müəyyənləşib.
Sportnet.az verir ki, pley-off oyununda I Liqaya vəsiqə uğrunda matçda “Difai” və “Hypers Guba” komandaları üz-üzə gəlib.
“ASCO Arena”da keçirilən görüş "Difai"nin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
FIFA referisi Elçin Məsiyevin idarə etdiyi görüşdə hesabı 15-ci dəqiqədə Xəyal Bədirov açıb. 51-ci dəqiqədə Ceyhun Muxtarlı fərqi artırıb. 88-ci dəqiqədə isə Fərid Kərimzadə komandasının üçüncü qolunu vurub.
Quba təmsilçisinin heyətində İlqar Ələkbərov 90+3-cü dəqiqədə təsəlli qolunun müəllifi olub.
Qeyd edək ki, "Difai" I Liqada mövsümü 9-cu pillədə başa vurub. "Hypers Guba" isə II Liqada 4-cü olub.