
"Azarkeşlərimizin önündə belə oynamaq istəyirdik".
Sportnet.az xəbər verir ki, bunu Azərbaycan milli komandasının qapıçısı Vəli Qafarov dünya çempionatının 1/4 finalında İngiltərəni 2:1 hesabı ilə məğlub etdikləri oyundan sonra jurnalistlərə açıqlamasında deyib.
O, qazanılan qələbəyə görə kimlərə borclu olduğunu açıqlayıb: "Bizi uşaqlıqdan böyüdən analara borclu idik. Həmçinin yolumuzu gözləyən yoldaşlarımıza və bizi dəstəkləyən azarkeşlərə də borcluyuq".
Qafarov qarşılaşmaya istəkli başladıqlarını söyləyib: "Həm də yaxşı başlamışdıq. Azarkeşlərimizin önündə belə oynamaq istəyirdik. Yaxşı ki, qələbə qazandıq".