
Türkiyə Superliqasına yüksələn son komanda bəlli olub.
Sportnet.az xəbər verir ki, “Fatih Karagümrük” pley-off finalında “Bandırmaspor”u 3:1 hesabı ilə məğlub edərək, elitaya vəsiqə qazanıb.
Yada salaq ki, “Kocaelispor” və “Gənclərbirliyi” Superliqaya birbaşa vəsiqə qazanıb. “Bodrum”, “Sivasspor”, “Hatayspor” və “Adana Dəmirspor” isə yüksək liqanı tərk edib.