
İtaliyanın “İnter" klubunun sabiq prezidenti Ernesto Pelleqrini vəfat edib.
Sportnet.az xəbər verir ki, 84 yaşlı funksioner komandasının UEFA Çempionlar Liqasının finalı oyunu günü dünyasını dəyişib.
Pelleqrini 1984-1995-ci illərdə "İnter"in sahibi olub. Onun rəhbərliyi altında "neradzurri" İtaliya çempionatı (1989), İtaliya Superkuboku (1989) və iki dəfə UEFA Kubokunu (1991, 1994) qazanıb.
O, 1995-ci ilin fevralında klubdakı paylarını Massimo Morattiyə satıb.
“İnter” 2020-ci ildə Ernesto Pelleqrinini klubun Şöhrət Zalına daxil edib.
Qeyd edək ki, “İnter” bu gün Çempionlar Liqasının finalında PSJ ilə qarşılaşacaq.