
Leverkuzen "Bayer"i "Brentford"un qapıçısı Mark Flekkenlə razılaşıb.
Sportnet.az xəbər verir ki, bu barədə insayder Florian Plettenberq məlumat yayıb.
Almaniya klubu 31 yaşlı niderlandlı futbolçu üçün 10 milyon avro ödəyəcək. O, yaxın zamanda tibbi müayinədəcək keçəcək.
Qeyd edək ki, Mark Flekken bu mövsüm "Brentford"un heyətində 39 oyuna çıxaraq 59 qol buraxıb və 8 dəfə qapısını toxunulmaz saxlayıb.