
İspaniyanın "Atletiko Madrid" klubu futbolçusu Antuan Qrizmannla yeni müqavilə imzalayıb.
Sportnet.az xəbər verir ki, bu barədə Madrid təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Fransalı hücumçu ilə müddəti 2027-ci ilin yayına qədər olan sözləşmə bağlanılıb.
Qeyd edək ki, Antuan Qrizmann 2014/2015 mövsümündə "Atletiko Madrid"ə keçib. O, 197 qolla klub tarixinin bombardiridir.