
İngiltərənin "Tottenhem" klubu baş məşqçi Ange Postekoğlu ilə yollarını ayırmağa hazırlaşır.
Sportnet.az "The Sun" nəşrinə istinadən xəbər verir ki, London təmsilçisi son mövsüm UEFA Avropa Liqasının qalibi olmasına baxmayaraq, 60 yaşlı mütəxəssisin nəticəsindən razı deyil.
"Tottenhem"in rəhbərliyi avstraliyalını hazırda "Midlsbro"da olan Maylk Karriklə əvəzləmək istəyir. 44 yaşlı Karrik bu keçidə müsbət yanaşır.
Qeyd edək ki, Ange Postekoğlunun "Tottenhem"lə müqaviləsi 2027-ci ilin yayına qədərdir. O, 2023-cü ilin yayından bu postu tutur.