
Türkiyənin "Fənərbağça" klubundan ayrılan Edin Dzeko karyerasını İspaniya La Liqasında davam etdirə bilər.
Sportnet.az "Defansa Central"a istinadən xəbər verir ki, bosniyalı hücumçu ilə "Real Madrid" maraqlanır.
"Kral klubu"nun yeni baş məşqçisi Xabi Alonso sərəncamında ehtiyat hücumçu görmək istədiyi üçün Madrid təmsilçisi bu mövqe üçün axtarışlara başlayıb.
“Real Madrid” rəhbərliyi maaşı yüksək olmayan, bir mövsümlük müqavilə imzalayacaq və əvəzedici heyətə düşməyə razılıq verə biləcək futbolçu axtarışını 39 yaşlı Dzekonun üzərində sonlandırıb.
Qeyd edək ki, Edin Dzeko müqaviləsi başa çatdığı üçün "Fənərbağça"dan ayrılıb. O, son mövsüm ərzində meydana çıxdığı 53 matçda 21 qol və 8 məhsuldar ötürmə müəllifi olub.