
“Tottenhem” baş məşqçisi Ange Postekoqlu ilə yollarını ayırıb.
Sportnet.az xəbər verir ki, bu barədə London klubu rəsmi açıqlama yayıb.
Qeyd edək ki, “Tottenhem” təcrübəli mütəxəssisin rəhbərliyi ilə 2024/2025 mövsümündə İngiltərə Premyer Liqasını 38 xalla 17-ci pillədə başa vurub.
Klub cari mövsümdə ölkə çempionatında zəif təsir bağışlasa da, UEFA Avropa Liqasını qazamağa nail olub.