
2026-cı il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində növbəti görüşlər keçirilib.
Sportnet.az xəbər verir ki, 5 komandalı daha 3 qrupda 6 qarşılaşma oynanılıb
G qrupunda ilk matçına çıxan Niderland səfərdə Finlandiya üzərində inamlı qələbə qazanıb - 2:0. Malta isə evdə Litva ilə heç-heçə edib - 0:0. Nəticədə bu qrupda xalsız komanda qalmayıb.
H qrupunda Bosniya və Herseqovina San Marinonu məğlub edərək, ardıcıl üçüncü qələbəsi ilə liderliyini möhkəmlədib. Avstriya isə qrupdakı ilk görüşündə Rumıniyanı yenib.
Nəhayət, K qrupunda İngiltərə millisi səfərdə Andorranı minimal hesabla yenib və 9 xalla liderliyini davam etdirib. Siyasi münasibətləri qaydasında olmayan Albaniya və Serbiya milliləri arasındakı oyunda isə qapılara qol vurulmayıb.
Dünya çempionatı, seçmə mərhələ
7 iyun
G qrupu
20:00. Malta - Litva - 0:0
22:45. Finlandiya - Niderland - 0:2
Xal durumu: Polşa - 6 xal (2 oyuna), Finlandiya - 4 (3), Niderland - 3 (1), Litva - 2 (3), Malta - 1 (3)
H qrupu
17:00. Bosniya və Herseqovina - San Marino - 1:0
22:45. Avstriya - Rumıniya - 2:1
Xal durumu: Bosniya və Herseqovina - 9 xal (3 oyuna), Avstriya - 3 (1), Rumıniya - 3 (3), Kipr - 3 (2), San Marino - 0 (3)
K qrupu
20:00. Andorra - İngiltərə - 0:1
22:45. Albaniya - Serbiya - 0:0
Xal durumu: İngiltərə - 9 xal (3 oyuna), Albaniya - 4 (3), Latviya - 3 (2), Serbiya - 1 (1), Andorra - 0 (3).