
İngiltərə təmsilçisi "Mançester Siti"nin futbolçusu Bernardu Silva komandasını dəyişə bilər.
Sportnet.az "Footmercato"ya istinadən xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunun maraq dairəsinə düşüb.
Ər-Riyad təmsilçisi artıq portuqaliyalı oyunçu üçün qarşı tərəfə rəsmi təklif göndərib.
"Şəhərlilər"in baş məşqçisi Pep Qvardiolanın heyəti yeniləmək istəyi ilə əlaqədar Silvanın satışına razılıq verdiyi bildirilir.
Xatırladaq ki, Bernardu Silva 2017-ci ilin yayından "Mançester Siti"də çıxış edir. O, ötən mövsüm ərzində meydana çıxdığı 49 oyunda 5 qol və 4 məhsuldar ötürmə müəllifi olub. Silvanın "Siti" ilə müqaviləsi 2026-cı ilin yayınadəkdir.