
İngiltərənin "Mançester Siti" klubu futbolçusu Skott Karsonla yollarını ayırıb.
Sportnet.az xəbər verir ki, bu barədə "şəhərlilər"in rəsmi saytı məlumat yayıb.
Mançester təmsilçisi 39 yaşlı qapıçı ilə bitən müqaviləni yeniləməyib.
Qeyd edk ki, Skott Karson 2019-cu ildən "Mançester Siti"də çıxış edir. O, ötən mövsüm ərzində heç bir matçda iştirak etməyib.