
Fransa millisinin və “Lion”un futbolçusu Rayan Şerki İngiltərənin “Mançester Siti” klubuna keçməyə yaxındır.
Sportnet.az “L’Équipe” nəşrinə istinadən xəbər verir ki, klublar 22 yaşlı vingerin transferi ilə bağlı razılığa gəliblər.
Razılaşmanın məbləği 35 milyon avro təşkil edir.
Qeyd edək ki, ötən mövsüm Şerki “Lion”un heyətində bütün turnirlərdə 44 oyuna çıxıb, 12 qol vurub və 20 məhsuldar ötürmə ilə yadda qalıb.