
Kristian Kivu İtaliyanın "İnter" futbol komandasına baş məşqçi təyin olunub.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 44 yaşlı mütəxəssislə 2027-ci ilin yayınadək müqavilə bağlanılıb.
O, yeni vəzifədə Simone İnzagini əvəzləyib.
Kivu futbolçu kimi 2007 - 2014-cü illərdə "İnter"in formasını geyinib və daha sonra karyerasını bitirib. O, klubun gənclər komandalarında məşqçi kimi çalışdıqdan sonra 2025-ci ilin fevralından iyununadək "Parma"nın baş məşqçisi olub.
Qeyd edək ki, "İnter" 2024/2025 mövsümündə Çempionlar Liqasında finala yüksəlib. Daha sonra komandadan ayrılan Simone İnzagi Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Hilal"ın sükanı arxasına keçib.