
Gürcüstanın “Dinamo” (Tbilisi) klubunun futbolçusu Giorgi Tsetsxladze karyerasını İtaliya “Roma”sında davam etdirəcək.
Sportnet.az “Planet Roma” nəşrinə istinadən xəbər verir ki, italiyalılar 20 yaşlı dayaq yarımmüdafiəçisini ödənişsiz əldə edəcəklər.
Futbolçu ilk mərhələdə gənclər komandasında çıxış edəcək.
Xatırladaq ki, İtalya təmsilçisinə yeni mövsümdən gənc istedadlarla uğurlu işi ilə tanınan Can Pyero Qasperini rəhbərlik edəcək.
Giorgi Tsetxladze “Dinamo” akademiyasının yetirməsidir. Yarımmüdafiəçi ötən mövsüm klubun ikinci komandasında bütün turnirlər üzrə 13 oyunda iştirak edib.