
Almaniyanın "Borussiya" (Dortmund) komandasının ABŞ-da keçiriləcək klublararası dünya çempionatı üçün heyəti açıqlanıb.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, iyunun 13-də səfərə yollanacaq heyətdə türk futbolçular Emre Can və Salih Özcan yer almayıb.
Onların hər ikisi zədəlidir. Can Almaniya yığmasının, Özcan isə Türkiyə millisinin yarımmüdafiəçisidir.
"Borussiya" dünya çempionatının F qrupunda Braziliyanın "Fluminense" (17 iyun), CAR-ın "Mamelodi Sandaunz" (21 iyun) və Cənubi Koreyanın "Ulsan" (25 iyun) komandaları ilə eyni qrupda yer alıb. Dünya çempionatı 15 iyun - 13 iyulda keçiriləcək.