
Türkiyənin "Fənərbağça" klubunun I vitse-prezidenti Acun Ilıcalı istefa verib.
Sportnet.az-ın xəbərinə görə, bu barədə tanınmış iş adamının özü açıqlamasında bildirib.
O, 2024/2025 mövsümündə çalışdığı İdarə Heyəti üzvlüyündən istefasının səbəbini açıqlamayıb: "Bu müddətdə zaman-zaman çətinliklər yaşasam da, hər anı mənim üçün böyük qürurdur. Tənqidlərlə üzləşdim, dəstək gördüm, mübarizə apardım. Amma bunu heç vaxt unutmadım ki, burada hər şey "Fənərbağça" üçündür".
Qeyd edək ki, "Fənərbağça" başa çatan mövsümü titulsuz tamamlayıb. Klub Super Liqada gümüş medalla kifayətlənib.