
2026-cı il Dünya Çempionatının seçmələrində Finlandiya və Polşa yığmaları arasındakı oyunu zamanı özünü narahat hiss edən azarkeş Helsinki xəstəxanasında dünyasını dəyişib.
Sportnet.az xəbər verir ki, meydan sahiblərinin 2:1 hesabı ilə qalib gəldiyi görüşün 73-cü dəqiqəsində polşalı fanatın tribunada halı pisləşib. Həkimlər insult keçirən tamaşaçıya ilkin tibbi yardım göstərərək, onu xəstəxanaya yerləşdiriblər.
Oyun isə bir müddətlik dayandırılıb. Komandalar paltardəyişmə otağında yarım saatadək gözlədikdən sonra matç davam etdirilib.
Qeyd edək ki, daha əvvəl UEFA Millətlər Liqasında Portuqaliyanın İspaniyaya penaltilər seriyasında 5:3 hesabı ilə qalib gəldiyi (əsas vaxt - 2:2) final matçında azarkeş tribunadan yıxılaraq ölüb.