
Türkiyənin “Qalatasaray” klubu İspaniya “Barselona”sının qapıçısı Mark-Andre ter Ştegenə ilk təklifini edib.
Sportnet.az-ın “Diario Sport” nəşrinə istinadən məlumatına görə, 33 yaşlı almaniyalı qolkiper "sarı-qırmızılar"a mənfi cavab verib.
“Qalatasaray” komandadan ayrılan Fernando Musleranın yerinə qapıçı axtarır. “Barselona” isə Ter Ştegeni bu yay satmağı planlaşdırır.
Qeyd edilir ki, Mark-Andre ter Ştegen komandada qalarsa, Voytsek Şensnı və tezliklə “Espanyol”dan transfer ediləcəyi gözlənilən Joan Qarsiyadan sonra üçüncü qapıçı olacaq.